AZ

Afrika ölkələri fransalı milyarder Bolloreni fırıldaqçılıqda ittiham edir

Afrikanın beş ölkəsindən ibarət qrup Fransanın aparıcı sahibkarlarından biri, milyarder Vensan Bollorə qarşı saxtakarlıq və korrupsiya ittihamı ilə məhkəməyə müraciət edib.

"Report"un “Club of Mozambique” portalına istinadən verdiyi məlumata görə, Qana, Qvineya, Kot-d'İvuar, Kamerun və Toqo Bollore və onun oğullarından birinin qitədəki dəniz limanlarını idarə etmək üçün qeyri-qanuni güzəştlər aldığını və bundan qanunsuz olaraq varlandığını iddia edir.

Milyarderin 2022-ci ildə satdığı “Bollore” şirkətinin liman və logistika bölməsi Afrikanın 20 ölkəsində 20 mindən çox işçiyə sahib idi, qitədə anbarları və digər nəqliyyat mərkəzləri olan 16 limanı idarə etdi. Bollorenin kiçik oğlu Siril, 2019-cu ildə atasından miras alaraq bölməyə rəhbərlik edib.

“Afrika üçün restitusiya” şüarı altında birləşən beş ölkə Bollore və onların şirkətlərini limanların idarə olunmasından qanunsuz gəlir əldə etməkdə və logistika biznesinin satışı ilə pulların yuyulmasında ittiham edir. Müstəntiqlər həmçinin Bollore şirkətinin Lome və Konakri limanlarında güzəştlər müqabilində 2010-cu ildə Toqoda Fora Qnassinqbe və Qvineyada Alfa Kondenin prezidentlik kampaniyalarını qanunsuz dəstəklədiyinə dair iddiaları araşdırır.

“Forbes” jurnalının məlumatına görə, Bollore ailəsinin sərvəti 9,9 milyard dollar olaraq qiymətləndirilir.
Seçilən
30
sherg.az

1Mənbələr