Xərçəngə tutulması ilə bağlı məlumatlar yayılan Xalq artistindən xəbər var.
Ölkə.az xəbər verir ki, Publika.az-ın məlumatına görə, "Şerlok Holms və doktor Uotsonun macəraları" adlı sovet teleserialında detektiv Şerlok Holms obrazı ilə tanınan RSFSR Xalq artisti Vasili Livanovun həyat yoldaşı Yelena xərçəngə bənzər şişin aşkarlanması ilə bağlı məlumatları təkzib edib.
“Vasili Borisoviçlə hər şey yaxşıdır. Bu sadəcə heyrətamizdir. Bunu kim yazır? Buna fikir verməyin. Onlar mənə artıq işgəncə verdilər", - deyə sənətçinin həyat yoldaşı bildirib.