Fevralın 14-dən sətəlcəmdən müalicə olunan Papa Fransiskin vəziyyəti yaxşılaşmağa davam edir.
Publika.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, ona maska vasitəsilə süni ventilyasiya verilməsi dayandırılıb.
"Kritik olaraq xarakterizə edilən Papanın vəziyyəti yaxşılaşmağa davam edir. Tənəffüs və hərəkət fizioterapiyası öz bəhrəsini verir", - deyə pontifiki müalicə edən həkimlər bildiriblər.