AZ

Bəşəriyyət qlobal fəlakətə daha da yaxınlaşdı

2024-cü ildə qeydə alınan rekord yüksək temperaturlar bəşəriyyəti qlobal fəlakətə daha da yaxınlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) məlumat yayıb.

Bildirilib ki, anomal isti hava şəraiti buzlaqların əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub.

Ötən il dünyanın orta temperaturu sənaye inqilabından əvvəlki səviyyəni 1,55 dərəcə (selsi) üstələyərək, 2023-cü ilin rekordunu təzələyib. Nəticədə Dünya okeanının temperaturu müşahidələrin aparılmağa başladığı dövrdən bəri ən yüksək səviyyəsinə çatıb. Bu isə qlobal istiləşmənin faciəvi fəsadlara yol açacağı ehtimalını əhəmiyyətli şəkildə yüksəldib.

Seçilən
5
publika.az

1Mənbələr