AZ

ABŞ-ın bu ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzaladı

ABŞ-ın Merilend ştatının qubernatoru Ves Mur 20 mart tarixini rəsmi olaraq Novruz Günü elan edib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyindən bildirilib.

Sənəddə Novruzun tarixi haqqında məlumat verilib, onun yazın gəlişini və təbiətin yenilənməsini qeyd edən qədim bayram olduğu vurğulanıb. Qeyd edilib ki, Novruz 3 000 ildən artıqdır, dünyanın milyonlarla insanı tərəfindən sülh, yenilənmə və mədəni birliyin simvolu kimi qeyd olunur.

Bəyannamədə Azərbaycan icmalarının Novruzu ailə yığıncaqları, musiqi, rəqs, bayram süfrələri və həyatın yenilənməsini, xeyirin şər üzərində qələbəsini simvolizə edən mədəni ənənələrlə qeyd etdiyi bildirilir:

Seçilən
0
3
publika.az

5Mənbələr