Tramp bu il Si Cinpinlə görüşə biləcəyini deyib
ABŞ prezidenti Donald Tramp 2025-ci ildə Çinin prezidenti Si Cinpinlə görüşə biləcəyini təklif edib.
Bu haqda o “Fox News”a açıqlaması zamanı deyib.
"Bəli, bəlkə də. Demək istəyirəm ki, Si Cinpinlə zirvə görüşünə qarşı olmazdım", - o bildirib.
Tramp həmçinin xatırladıb ki, aprelin 2-də ABŞ Çin və digər ölkələrə qarşı idxal rüsumlarını tətbiq etməyə başlayacaq.