AZ

Rusiya-Ukrayna arasında əsir mübadiləsi

Martın 19-da Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi nəticəsində hərbi əsirlərin mübadiləsi həyata keçirilib.

 

Modern.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, 175 rusiyalı hərbçi vətənə qayıdıb, əvəzində 175 ukraynalı hərbi əsir qarşı tərəfə təhvil verilib.

 

Bundan başqa Rusiya tərəfi ağır vəziyyətdə və tibbi yardıma ehtiyacı olan 22 ukraynalı hərbi əsiri təhvil verib.

 

Azad edilmiş Rusiya hərbçiləri Belarusdadırlar. Buradan onlar müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəklər. Mübadilənin təşkil edilməsində Birləşmiş Ərəb Əmirlikləri vasitəçi qismində çıxış edib.

 

2025-ci ilin əvvəlindən bu, üçüncü mübadilədir. Bundan əvvəlki fevralın 5-də baş verib və hər iki tərəfdən 150 hərbçi azad edilib.

Seçilən
3
4
modern.az

5Mənbələr