AZ

40 milyonla qaçmağa çalışarkən ələ keçdi

İstanbul bələdiyyəsinə qarşı aparılan araşdırmada haqqında saxlanılma qərarı verilən Əli Nuhoğlu üzərində 40 milyon TL ilə qaçmağa çalışarkən tutulub.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, CHP-dəki pul sayma görüntüləri ilə bağlı açılan iş çərçivəsində şahid ifadələri əsasında İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da daxil olduğu 100 nəfər haqqında saxlanılma qərarı verilib.

Nuhoğlu da həmin şəxslərdən biridir. O, haqqında həbs qərarı olmasına baxmayaraq, yanında 40 milyon TL ilə qaçarkən yaxalanıb.

Qeyd olunub ki, şübhəlilərə qarşı çoxsaylı ittihamlar irəli sürülüb. İstintaq nəticəsində İmamoğlunun cinayətkar şəbəkənin lideri olduğu üzə çıxıb.

O da bildirilib ki, haqqında saxlanılma qərarı verilən 19 şübhəli hələ də axtarılır. 

Xatırladaq ki, İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu  və 99 şübhəli barəsində "cinayətkar təşkilatın lideri olmaq", "cinayətkar təşkilata üzv olmaq", "qəsb", "rüşvət alma", "ağır fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tenderi saxtalaşdırmaq" cinayətləri ilə bağlı istintaq başladılıb.

Seçilən
0
3
day.az

10Mənbələr