AZ

Bu binalar əsaslı təmir olunacaq

Astara şəhərində ictimai yaşayış binaları əsaslı təmir olunacaq.

KONKRET.az xəbər verir ki, trend-in əldə etdiyi məlumata görə, Astara Rayon İcra Hakimiyyəti (RİH) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, görüləcək işlər çərçivəsində şəhərin Heydər Əliyev prospektində yerləşən 22,26,28,30,72, nömrəli, eləcə də Kijəbə qəsəbəsi şəhid Xaqani Babazadə küçəsində yerləşən 1 mərtəbəli çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılacaq.

RİH sözügedən işlərin icrasını “ASA-TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 102 848 manat ödənilib.

Qeyd edək ki, yaşayış binalarında əsaslı təmir işlərinin həvalə olunduğu MMC 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 60 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimov Eldəniz Məhərrəm oğludur.

Seçilən
0
4
konkret.az

5Mənbələr