AZ

Zelenski Ukrayna AES-lərini ABŞ-ın mülkiyyətinə verir?

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski dünən telefon danışığı zamanı Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyaları məsələlərini də müzakirə ediblər.
 
Bu barədə ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun telefon danışığı barədə yaydıqları birgə bəyanatda bildirilib.
 
"Prezident Tramp bildirib ki, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsindən istifadə edərək, bu stansiyaların istismarına böyük köməklik göstərə bilər. Bu stansiyaların ABŞ tərəfinə məxsus olması bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olacaq", - sənəddə qeyd edilib.
 
Zelenskinin bu təklifə nə cavab verdiyi isə hələlik açıqlanmayıb.
Seçilən
1
5
moderator.az

6Mənbələr