İstanbul Universitetinin aralarında İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun da olduğu 28 nəfərin diplomlarını ləğv etməsinin səbəbləri açıqlanıb.
Turkustan.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, universitet bununla bağlı hazırladığı hesabatı yayımlayıb.
Hesabata görə, qərara səbəb keçid edən şəxslərin orta balının 2.40-dan yuxarı olmaması, akademik göstəricilərində “FF” ( dərslərdə uğursuzluq göstəricisi) hərflərinə sahib olmaları və ya onların oxuduğu universitetlərin İstanbul Universitetinin reyestr siyahısına daxil olmamasıdır.
İmamoğlunun təhsil aldığı Girne Amerika Universiteti də İstanbul Universitetinin reyestr siyahısında olmayıb. Onun İstanbul Universitetinə kvota xaricində keçdiyi və təhsil aldığı Girne Amerika Universiteti əvəzinə Doğu Akdeniz Universitetindən gəldiyini qeyd etdiyi üzə çıxıb.
Qeyd edilib ki, 1987-1993-cü illər arasında başqa universitetlərdən İstanbul Universitetinə edilən transferlər ətraflı şəkildə araşdırılacaq./publika.az