AZ

Türkiyədən Qazaxıstana xalça ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azalaraq2 milyon 715 min 82 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz azalaraq, 5 milyon 246 min 15 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına xalça ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 8,4 faiz azalaraq, 457 min 97 dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin fevral ayında Türkiyə 227 min 819 dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 12,5 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 2 milyon dollar məbləğində xalça ixrac edib.

Seçilən
1
47
turkic.world

10Mənbələr