Dubayda səkkiz gündür itkin düşən model Mariya Kovalçuk 20 yaşını qeyd etdiyi şeyxlərlə əyləncədən sonra onurğası və əzaları sınıq halda aşkarlanıb. Bu barədə Life SHOT Telegram kanalına istinadən yazıb.
"Onu aşkar edəndə Mariya yolun kənarında uzanıbmış. Hazırda onun vəziyyəti ağırdır və artıq dörd əməliyyat keçirib. Hərəkət edə bilmir, amma dodaqlarını hərəkət etdirməyi bacarır",- nəşr yazıb.
Qeyd edilib ki, zərərçəkmiş martın 9-da ad gününü qeyd edib və martın 10-da anasına zəng edərək həyəcanla danışıb:
"Qadının dediyinə görə, qız çaşqın səslə onu məclisə dəvət edən yad adamlarla otelə getmək niyyətində olduğunu deyib. Bundan sonra qız səkkiz gün heç kimlə əlaqə saxlamayıb. Modelin valideynləri bütün bu müddət ərzində onun təcavüzə məruz qalmasından qorxublar".
Tural