AZ

“Klubla yeni müqavilədə asanlıqla razılaşa bilərik, bu, çox sadə şəkildə həll olunacaq”

“Barselona”nın qapıçısı Voyçex Şesnının agenti Conatan Barnett futbolçu ilə Kataloniya klubu arasında mümkün yeni müqavilə imzalanması haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tərəflər arasında müqavilənin yenidən imzalana biləcəyini söyləyib:

“Klubla yeni müqavilədə asanlıqla razılaşa bilərik. Şesnı “Barselona” ilə bağlı hər şeyi bəyənir, klub da ondan razıdır.

Hər şey çox sadə bir şəkildə həll olunacaq”.

34 yaşlı polşalı qolkiper 2024-cü ilin oktyabrından “Barselona”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.

Seçilən
3
9
sportinfo.az

10Mənbələr