AZ

ABŞ-də beş milyon dollara "Trump card" satışa çıxarıla bilər

"ABŞ-də əcnəbi sərmayədarlar üçün ölkə ərazisində yaşamaq hüququ verən sənəd "Trump card" adlana bilər".
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News" teleşirkətinə müsahibəsində deyib.
 
Ağ Evin rəhbəri vurğulayıb ki, bu kartın satışından əldə edilən vəsait ABŞ-nin 36 trilyon dollar həcmində olan milli borcunun ödənilməsinə yönəldiləcək:
 
"Ölkə ərazisində yaşamaq hüququ verən sənədin beş milyon dollara satılması nəzərdə tutulub".
 
Seçilən
27
2
moderator.az

10Mənbələr