Azərbaycan ərazisində martın 21-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Moderator.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-6°, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.