AZ

Sabahın hava prqonozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Viral.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Son Yazılar:

Havanın temperaturu gecə +4 dərəcədən +6 dərəcəyədək, gündüz +9 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +3 dərəcədən +7 dərəcəyədək, gündüz +7 dərəcədən +12 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən -5 dərəcəyədək, gündüz 0 dərəcədən +5 dərəcəyədək olacaq.

Seçilən
58
49
viral.az

10Mənbələr