AZ

Sabahın havası: Şimşək çaxacaq, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 21-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən arabir güclənən şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturu gecə 4-6° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Bölgələrdə havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Bizim.Media

Seçilən
21
49
bizim.media

10Mənbələr