AZ

Goranboyda möhtəşəm ümumrayon tədbiri

Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq şəhərin mərkəzində Novruz bayramı ümumrayon tədbiri keçirilmişdir.

Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Rayon rəhbəri tədbir iştirakçılarını,o  cümlədən bütün goranboyluları xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək onlara can sağlığı,  bol ruzi və sülh, əmin-amanlıq arzulamışdır. 
Tədbirdə  tanınmış incəsənət ustalarının, Gəncə Dövlət Flarmoniyası solistlərinin və rayonun mədəniyyət işçilərinin  ifasında bədii proqram, folklor nümunələri, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən  səhnələr nümayiş etdirilmiş, bayram tonqalı yandırılmışdır.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Goranboy.

Seçilən
4
xalqqazeti.az

1Mənbələr