Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar etmiş 261 şübhəli şəxs müəyyən edilib.
Far.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edib.
O bildirib ki, müəyyən edilən 261 nəfərdən 37-si artıq saxlanılıb:
"Kibercinayətkarlıqla Mübarizə Departamentimiz və Təhlükəsizlik Departamentimizin koordinasiyalı işindən sonra 37 şübhəli saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".
Qeyd edək ki, ötən gün İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və 100-dən çox adam saxlanılıb.