AZ

"Sazişin imzalanması üçün konkret yer təklif etməmişik" - Qriqoryan

Bakı ilə müqavilənin imzalanma yeri və vaxtı hələlik müzakirə olunmayıb. 

"Unikal" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. 

Onun sözlərinə görə, ictimai müzakirələr zamanı cəmiyyət artıq müqavilənin məzmunu ilə bağlı ətraflı məlumat alıb: "Mən başa düşürəm ki, sazişdə ictimai maraq var. Lakin vaxt və məkan (imzalanma ilə bağlı - red.) ilə bağlı hələlik razılığın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq", - Qriqoryan qeyd edib.

Qriqoryan bunun vəziyyətə "diplomatik yanaşma" olduğunu bildirib. 

O, həmçinin qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. 

Ağarza Elçinoğlu

Seçilən
19
50
unikal.az

10Mənbələr