AZ

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

Şimali Makedoniyanın Koçani şəhərindəki faciəli yanğında xəsarət alan 4 nəfər İtaliyaya gətirilib.

Korrespondent.az xəbər verir ki, yaralıların əsasən azyaşlı olduqları bildirilib. Onlar Milan, Parma və Pizadakı xəstəxanalara yerləşdiriliblər.

Xatırladaq ki, martın 16-da gecə saatlarında Koçanidəki “Pulse” adlı diskotekada pirotexniki maddələrin səbəb olduğu yanğın və izdiham zamanı 59 nəfər ölüb, 22-si ağır olmaqla 155 nəfər xəsarət alıb. Klubda konsert verən “DNK” hip-hop qrupunun 8 üzvü də yanğında həlak olub. Vəziyyəti ağır olan 51 yaralının Serbiya, Monteneqro, eləcə də Türkiyə, Bolqarıstan, Yunanıstan, Sloveniya, Xorvatiya, Avstriya, Norveç və Macarıstandakı xəstəxanalara aparılıb.

Şimali Makedoniyada elan olunmuş 7 günlük matəm davam edir, bütün ölkə üzrə qurumlarda və ictimai yerlərdə dövlət bayrağı yarıya qədər endirilib. İnsanlar baş vermiş fəlakətli yanğında həlak olanların xatirəsini ehtiramla yad edir, faciədə ölənlərin və yaralananların ailələri ilə həmrəy olduqlarını bildirirlər. Həmçinin ölkə parlamentində başsağlığı kitabı açılıb.

Seçilən
0
3
korrespondent.az

5Mənbələr