AZ

Boks Olimpiya Oyunlarının proqramından ÇIXARILACAQ?

Boks 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramında yer alacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Yunanıstanın Kosta şəhərində davam edən 144-cü sessiyasında verilib.

Beynəlxalq Boks Assosiasiyası (IBA) ilə bağlı narahatlıqlar səbəbindən boks 2022-ci ilin fevralında (BOK) sessiyasının təsdiq etdiyi qərara əsasən Los-Anceles-2028-in proqramından çıxarılmışdı.

Qeyd edək ki, Olimpiada 2028-ci ilin iyulunun 14-30-da keçiriləcək.

Bizim.Media

Seçilən
12
2
bizim.media

3Mənbələr