AZ

Millimizin baş məşqçisi Emre Belözoğlu ilə görüşdü

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Antalyaspor” klubunun düşərgəsində olub. 

“Qafqazinfo” xəbər verir ki, A.Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb. 

Mütəxəssislər görüş zamanı hər iki ölkə futbolu və komandaların hazırkı durumu barəsində fikir mübadiləsi aparıblar.

Ayxan Abbasov türkiyəli həmkarına milli komandamızın 5 nömrəli formasını hədiyyə edib.

Seçilən
6
18
qafqazinfo.az

10Mənbələr