AZ

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına yüksələn ilk komanda bəlli oldu

Yaponiya millisi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına ilk vəsiqə qazanan komanda olub.
 
Moderator.az xəbər verir ki, yaponlar seçmə mərhələnin VII turunda evdə Bəhreyn millisi ilə qarşılaşıblar. Onlar rəqiblərini 2:0 hesabı ilə məğlub etməklə vaxtından əvvəl dünya çempionatının əsas mərhələsində iştiraklarını rəsmiləşdiriblər.
 
Yaponiya yer aldığı C qrupunda yeddi oyundan 19 xal toplamaqla minimum ikinci yeri özləri üçün təmin ediblər. "Gündoğar ölkə" təmsilçisi ən yaxın izləyicisi Avstraliyanı 9 xal qabaqlayır.
 
Qeyd edək ki, DÇ-2026-ya ABŞ, Kanada və Meksika ev sahibliyi edəcəklər.
 
Seçilən
36
5
moderator.az

10Mənbələr