Türkiyə Superliqası təmsilçisi "Alanyaspor" baş məşqçisi Sami Uğurlu ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
46 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. O, ötən ilin noyabrında baş məşqçi vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, "Alanyaspor" Türkiyə çempionatında 31 xalla 14-cü sırada yer alıb.
"Cebheinfo.az"