Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidentinin adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, BOK-un Yunanıstan keçirilən 144-cü sessiyasında Kirsti Koventri (Zimbabve) qurumun rəhbəri seçilib.
O, komitəyə rəhbərlik edəcək ilk qadın olacaq. Koventri növbəti 5 ildə təşkilata rəhbərlik edəcək. Kirsti Afina-2024 Olimpiadasının üzügüçülük yarışlarında qızıl medal qazanıb.
Zimbabveli mütəxəssis bu vəzifədə Tomas Baxı əvəzləyəcək.
Qeyd edək ki, BOK rəhbəri vəzifəsinə onunla yanaşı Faisal bin Hussein (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), oğul Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lappartien (Fransa) və Morinari Vatanabe (Yaponiya) yarışıb.
İdman.biz