Bakıda silah-sursat aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən bir avtomat silahı, bir tapança, bir patron darağı və dörd ədəd patron tapılaraq götürülüb.
Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini üç avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.