AZ

Boksun olimpiadanın proqramında qalması ilə bağlı qərar verildi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 144-cü sessiyasında boksun 2028-ci ildə Los-Ancelesdə (ABŞ) keçiriləcək Olimpiya Oyunlarının proqramında qalması barədə qərar qəbul edib.

Azreform.info xəbər verir ki, bu gün, martın 20-də Beynəlxalq Olimpiya Komitəsində prezident seçkisi keçiriləcək. Belə ki, Tomas Bax cari ilin 26 fevralında BOK-un prezidentliyindən istefa verəndən sonra bu post boş qalıb.

Xatırladaq ki, boks 2022-ci ilin fevralında təsdiq edilmiş 2028-ci il Olimpiya Oyunlarının yarış proqramından çıxarılmışdı. Buna Beynəlxalq Boks Assosiasiyası ətrafında yaranan problemlər səbəb olub.

Seçilən
0
2
azreform.info

3Mənbələr