AZ

Almaniya mediası Mahir Emrelini eqoist adlandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniyanın "Bild" qəzeti "Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı iddia irəli sürüb.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər veir ki, 27 yaşlı hücumçunun II Bundesliqanın 26-cı turunda evdə "Qroyter"ə (3:0) qalib gəldikləri oyundan sonra komanda ilə birlikdə qələbəni qeyd etməyib.
Nəşr bunu azərbaycanlı futbolçu tərəfindən eqoist hərəkət kimi dəyərləndirib.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze məsələ ilə bağlı qəzetə deyib ki, azərbaycanlı futbolçunun milliyə yollanması ilə bağlı vaxt azlığı olub:
"O, oyundan dərhal sonra hamı ilə sağollaşdı. Bu, əvvəlcədən razılaşdırılmışdı. O, Münhendən uçurdu və stadiondan nə qədər tez çıxa biləcəyini bilmirdi. Çünki stadion dolu idi".
Nəşr forvardın "Maqdeburq"u məğlub etdikləri (4:3) görüşdə də eyni hərəkəti etdiyini vurğulayıb.
Qeyd edək ki, Mahir Emreli "Qroyter"lə oyunun 82-ci dəqiqəsində meydana daxil olub.
Seçilən
7
9
oxu.az

10Mənbələr