AZ

Goranboyda fermada yanğın BAŞ VERİB

Goranboyda güclü yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Xan Qərvənd kənd sakini, 1933-cü il təvəllüdlü Nurəddin Qarayeva məxsus fermada ot bağlamaları yanıb.
 

Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy, Tərtər rayonunlarının və Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.


Yanğın zamanı fermada 5000 ot bağlaması yanıb. FHN əməkdaşları tərəfindən yanğının digər ərazilərə keçməməsi üçün işlər aparılır. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu

Seçilən
1
8
bizim.media

10Mənbələr