Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələrinin, eləcə də Kanadanın liderləri gələn həftə Parisdə Ukrayna münaqişəsi və onun həlli ilə bağlı mövqelərini müzakirə etmək üçün görüşəcəklər.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi mənbələrə istinadla məlumat yayıb.
"Avropa ölkələrinin liderləri gələn həftə Parisdə Ukrayna məsələsi və sülh prosesinə dair tələblərini müzakirə etmək üçün bir araya gələcəklər. Görüşdə Almaniya, İtaliya və Polşa kimi bəzi Avropa Birliyi ölkələri, həmçinin Böyük Britaniya və Kanada kimi AB-yə üzv olmayan ölkələr iştirak edəcək", - məlumatda qeyd olunub.