Bu gün UEFA Millətlər Liqasında 1/4 finalın ilk oyunları keçirilib.
QOL.az xəbər verir ki, bu mərhələdə yarışın A Liqasının 4 qrup qalibi və 4 qrup ikinciləri üz-üzə gəlib.
1/4 finalın Xorvatiya - Fransa matçı Azərbaycan millisinin azarkeşləri üçün də maraqlı olub. Çünki hər iki komanda hazırda Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsində potensial rəqibidir. Məhz bu cütün qalibi Ukrayna, İslandiya və Azərbaycan millisinin yarışacağı DÇ-2026-nın D qrupunun sonuncu - 4-cü komandası olacaq.
Xorvatiiya və Fransa arasındakı ilk görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyun Xorvatiyanın Split şəhərində təşkil olunub.
Bu gün həmçinin Portuqaliya Danimarkaya, Almaniya İtaliyaya uduzub. İspaniya isə Niderlandla heç-heçə edib.
20 mart
23:45. Niderland - İspaniya - 2:2
Qollar: Qakpo, 28, Reynders, 46 - Uilliams, 9, Merino, 90+3
Qırmızı vərəqə: Hato, 82 (Niderland)
23:45. Xorvatiya - Fransa - 2:0
Qollar: Budimir, 26, Perişiç, 45+1
23:45. Danimarka - Portuqaliya - 1:0
Qol: Hoylund, 78
23:45. İtaliya - Almaniya - 1:2
Qollar: Tonali, 9 - Kleyndienst, 49, Qoretzka, 76
Millətlər Liqasının 1/4 finalının cavab görüşləri martın 23-ü keçiriləcək. Qalib iyunda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final bir oyundan ibarət olacaq.
Final mərhələsini İtaliya - Almaniya cütünün qalibi olan ölkə qəbul edəcək.