AZ

Ali Yerlikaya: "İstanbuldakı aksiyalarda altı polis yaralanıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İstanbulun Saraçhane ərazisində keçirilən etiraz aksiyasında altı polis xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.
O qeyd edib ki, Türkiyə polisi ölkənin əmin-amanlığının və təhlükəsizliyinin təminatçısıdır və ictimai tədbirlərin idarə olunmasında nümunəvi davranış nümayiş etdirir.
Qeyd edək ki, Ankara və İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrəm İmamoğluya dəstək məqsədilə etiraz aksiyaları keçirilib.
Eyni zamanda Türkiyə mətbuatında İstanbulda polislə etirazçıların toqquşmasını əks etdirən görüntülər yayımlanıb.
Seçilən
0
36
oxu.az

10Mənbələr