AZ

Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə1,21 ABŞ dolları və ya 1,7% artaraq 74,02 dollar/barel təşkiledib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,04 dollar və ya 1,45%bahalaşaraq 72,6 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 1,14 dollar və ya 2,02% artaraq 57,58 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 1,02 dollar və ya 1,43%bahalaşaraq 71,52 dollar/barel təşkil edib.

Martın 21-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
87
12
az.trend.az

10Mənbələr