Üzgüçülük üzrə ikiqat Olimpiya çempionu Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti seçilib.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, 41 yaşlı Koventri BOK-a rəhbərlik edəcək ilk qadın prezidentdir. O, həm də BOK-un rəhbərliyinə gələn ilk ilk afrikalıdır.
Koventri rəsmi olaraq iyunun 23-də vəzifəsinin icrasına başlayacaq. BOK prezidenti 8 il müddətinə seçilir.
"Cebheinfo.az"