Bakı, 21 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 9 patron darağı və 558 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.