AZ

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi iki metr enib - FOTO

Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi iki metrdən çox aşağı düşüb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, belə vəziyyət son günlər havaların qeyri-sabit keçməsinə baxmayaraq qeydə alınıb.
 
Çayda irili-xırdalı adalar və yarımadalar əmələ gəlib. Eyni zamanda, su nasoslarının məhsuldar işləməsində çətinliklər yaranıb.
 
Belə ki, bəzi nasoslar normal qaydada su götürə bilmədiyindən, qarşısını dərinləşdirmək məqsədi ilə əraziyə xüsusi gəmi cəlb edilib.

Seçilən
0
1
moderator.az

10Mənbələr