AZ

"Əkrəm İmamoğlu Azərbaycana qarşı olan siyasi fiqurdur" - Ekspert

Yazını böyüt
Yazını kiçilt

“Heç şübhəsiz ki, Türkiyədə baş verən mitinqlər təkcə ölkədaxili proseslərin nəticəsi deyil. Keçmiş prezident seçkilərində CHP-dən namizəd Əkrəm İmamoğlunun həbsi ictimayətə açıqlanan təkzibedilməz cinayət əməllərinə görə hüquq müstəvisində olan məsələ olsa da, onun həbsinin siyasiləşdirilməsinə xaricdən daha güclü dəstək verilir, maraq göstərilir”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov bildirib.

“Türkiyədə İmamoğlunun ətrafında gedən prosesləri Azərbaycan və türk etnosu kontekstindən qiymətləndirsək, qısa və konkret demək olar ki, CHP və Əkrəm İmamoğlu Azərbaycana və Türk birliyinə qarşı siyasi sistem və siyasi fiqurdur. Bir dəfə də olsun nə İmamoğlu, nə də təmsil etdiyi CHP Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycana dəstək verməyib, əksinə Ermənistana və ermənilərə xüsusi rəğbət və simpatiya nümayiş etdirib. 44 günlük müharibə zamanı İmamoğlu və ümumən CHP Azərbaycana qarşı təxribatlarla yadda qalıb, nəinki dəstək verib”.

Siyasi fəaliyyəti dövründə İmamoğlu və təmsil olduğu CHP-nin türk biliyi haqqında bir kəlmə belə dilə gətirmədiyini vurğulayan V.Dadaşov bildirib ki, CHP və Əkrəm İmamoğlunun siyasi fəaliyətinin ən təhlükəli istiqati isə ölkədaxili kiçik etnik qrup və dini təriqət nümayəndələri ilə siyasi iş birliyidir. Ekspertin fikrincə, qeyd edilən iş birliyinin əsl mahiyyəti bəllidir ki, Türkiyədaxili separatizm və dini dözümsüzlük yaymaqla ölkəni zəiflətmək mümkün olsun.

V.Dadaşov qeyd edib ki, dini, islami baxımdan da Əkrəm İmamoğlu qərbyönümlü siyasi fiqurdur və açıq şəkildə Qərb, Avropa dəyərlərini İslam dəyərlərindən üstün tutur və bunu gizlətmir:

“Türkiyə Prezidenti cənab Ərdoğan isə türk və islam birliyini prioritet götürərək Türkiyəni nəinki regionun, bütün dünyada söz sahibinə, qlobal gücə çevirib, ölkələrdə siyasi idarəçilik sistemini və siyasi mənzərəni dəyişmək gücünü göstərib. Türkiyə artıq dünyanın əsas və öndə gedən müstəqil hərb sənayesinə malikdir. Dünyanın İqtisadi və enerji tranziti və logistika mərkəzi ola bilib. Bütöv Avropa özünün təhlükəsizliyini təmin etmək üçün Türkiyəyə sığınır. Türkiyə prezidenti Ərdoğanın yeritdiyi siyasi kursu dəyişmək cəhdı türk xalqına xəyanətə bərabərdir. Əkrəm İmamoğlu və CHP-nin siyasi fəaliyyəti Türkiyə üçün ən ağır nəticələrə səbəb ola bilər.

Bir neçə həftə əvvəl Macarıstan, Serbiya və Slovakiyada başladılan mitinqlərin Türkiyədəki mitinqlərlə əlaqəsi açıq görsənməsə də, bu da qlobal dünya bölgüsünün tərkib hissəsi kimi artıq formalaşmaqda olan yeni dünya düzənində Türkiyənin aparıcı rolunu məhdudlaşdırılması istəyidir. Əkrəm İmamoğlu da bu məqsədlə istifadə olunan fiqurdur”.

 

Seçilən
54
18
hafta.az

10Mənbələr