AZ

Millimiz darmadağın oldu

Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünü keçirib.

İdmanxeber.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb. Oyun Moldova yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 58-ci dəqiqədə Hikmət Cəbrayılzadə vurub.

Qeyd edək ki, komandalar arasında martın 19-da keçirilən ilk yoxlama matçı 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Seçilən
57
1
idmanxeber.az

2Mənbələr