AZ

''Fənərbaxça''nın kapitanının burnu qırıldı!

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina Rumıniyanın qonağı oldu.

''Football-plus.az'' xəbər verir ki, bosniyalıların Armin Qiqoviçin qolu ilə minimal hesabla qalib gəldikləri Buxarestdəki oyunda Edin Ceko böyük bir şanssızlıqla üzləşdi. ''Fənərbaxça''da olduğu kimi Bosniya yığmasında da kapitan sarğısını daşıyan futbolçu ilk yarının sonlarına yaxın rəqib oyunçu ilə toqquşdu. Burnundan qan açılan 39 yaşlı forvard fasilədə Samed Bajdar ilə əvəzlənərək oyuna davam edə bilmədi.

Bosniyalıların baş məşqçisi Sergey Barbares oyunsonrası mətbuat konfransında Cekonun durumu ilə bağlı suala belə cavab verdi:
''Paltardəyişmə otağında onu görmədim. Çox güman, burnu qırılıb. Son durumu ilə bağlı dəqiq məlumatım yoxdu''.

Müayinə zamanı tanınmış futbolçunun həqiqətən də burnunun qırıldığı məlum olub. Bu üzdən Ceko Bosniya və Herseqovinanın martın 24-də öz meydanında Cənubi Kiprə qarşı keçirəcəyi oyunu buraxmalı olacaq. Türkiyə mətbuatının yazdığına inansaq, burnu qırılmasına rəğmən Ceko əməliyyat olunmayacaq.

O, çərşənbə axşamı İstanbula qayıdacaq və burda ''Fənər''in həkimləri tərəfindən müayinə olunacaq. Tanınmış futbolçunun ''Fənər''in növbəti oyununda iştirak edib-etməyəcəyinə klubun tibbi personalı qərar verəcək.

Qeyd edək ki, ''sarı-lacivərdlilər'' martın 28-də superliqanın 29-cu turunda səfərdə ''Bodrum''la, aprelin 2-də ölkə kubokunun 1/4 finalında evdə ''Qalatasaray''la qarşılaşacaq.

ƏLİ
Seçilən
34
football-plus.az

1Mənbələr