AZ

Millətlər Liqasında pley-off günü - Türkiyə çətin səfərdə

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu mərhələ UEFA Millətlər Liqasının növbəti yarışı üçün A, B, C və D liqalarının tərkibini müəyyən edir.

A/B liqaları arasında pley-off oyunları

A Liqasında üçüncü yeri tutan dörd komanda B Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. Cütün qalibləri növbəti mövsüm A Liqasında, məğlub olanlar B Liqasında yarışacaq.

B/C liqaları arasında pley-off oyunları

B Liqasında üçüncü yeri tutan dörd komanda C Liqasında ikinci yeri tutan dörd komanda ilə qarşılaşır. Hər cütün qalibi növbəti mövsüm B Liqasında, məğlub olanlar C Liqasındaiştirak edəcək.

C/D Liqaları arasında pley-off oyunları

C Liqasında üçüncü yeri tutan iki ən yaxşı komanda D Liqasında ikinci yeri tutan iki komandaya qarşı oynayır. Hər cütün qalibi C Liqasında, məğlub olanlar isə D Liqasında növbəti püşkatmada oynayacaq.

Bu gün Türkiyə millisi səfərdə Macarıstanla üz-üzə gələcək. İstanbulda 3:1 hesabı ilə qələbə qazanan Türkiyə millisi Macarıstanda sərfəlli nəticə qazananaraq A liqasına yüksələ bilər.

Qeyd edək ki, pley-offda məğlub komandalardan biri növbəti mövsüm D liqasında Azərbaycan millisinin potensial rəqibi olacaq.

23 mart

Millətlər Liqası

A və B liqaları

21:00. Macarıstan – Türkiyə
(İlk oyun – 1:3)

21:00. Serbiya – Avstriya
(İlk oyun – 1:1)

21:00. Şotlandiya – Yunanıstan
(İlk oyun – 1:0)

23:45. Belçika – Ukrayna
(İlk oyun – 1:3)

B və C liqaları

18:00. Gürcüstan – Ermənistan
(İlk oyun – 3:0)

21:00. Sloveniya – Slovakiya
(İlk oyun – 0:0)

21:00. İslandiya – Kosovo
(İlk oyun – 1:2)

23:45. İrlandiya – Bolqarıstan
(İlk oyun – 2:1)

Seçilən
19
2
sportinfo.az

5Mənbələr