AZ

Zelenskinin Ofisindən ABŞ ilə danışıqlar barəsində açıqlama

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Ofisi ABŞ ilə danışıqların daha bir mərhələsinin keçiriləcəyi barəsində məlumatı təsdiqləyib.

Ukrayna Prezidentinin Ofisi Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərin yeni təfərrüatlarını açıqlayıb.

Ukrayna Prezidenti aparatının rəhbərinin müşaviri Sergey Leşenko “Yedinıe Novosti” marafonunun efirindəki çıxışında Ər-Riyadda texniki danışıqlar aparıldığını bildirib: "Bunlar texniki danışıqlardır. Bir qayda olaraq, danışıqlar bir gün çəkmir. Bəzən bunun üçün aylar lazım olur, bəzən isə Yaxın Şərq nizamlanması kimi illər alır. Sadəcə, başa düşməliyik ki, görüşlər kifayət qədər müntəzəm olacaq və heç də hər görüş açıq bəyanatlarla bitməyəcək”.

Qeyd edək ki,  ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra ABŞ ilə əlavə məsləhətləşmələr aparmaq üçün Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında qalmağa davam edir.

Hürr Tərcüman

Seçilən
30
6
hurriyyet.az

6Mənbələr