AZ

Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazandılar

Azərbaycanın idman gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda uğurla çıxış ediblər.

İdmanxeber.az-ın məlumatına görə, onlar qarışıq cütlük proqramında qızıl medal qazanıblar.

Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Seçilən
127
13
idmanxeber.az

10Mənbələr