DÇ-2026-nı final mərhələsinin daha bir iştirakçısı bəlli olub.
Bizim.Media xəbər verir ki, Yeni Zelandiya millisi mundiala vəsiqə qazanıb.
Okeaniya zonası üzrə seçmə mərhələnin finalında Yeni Kaledoniya ilə görüşən yeni zelandiyalılar böyük hesabla qalib gəliblər – 3:0. Qollara Maykl Boksell, Kostas Barberuses və Elayja Cast imza atıblar. Yeni Zelandiya ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi mundiala vəsiqə qazanan ikinci komanda olub. Onlara qədər Yaponiya DÇ-2026-ya yüksəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta