Bakı. Trend:
Yeni Zelandiyanın Cənubi Adasında Dunedindən 348 km qərbdə SakitOkeanda 6,6 bal gücündə zəlzələ baş verib.
Trend-inməlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının VahidGeofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Cənubi adanınsahillərindən təxminən 73 km aralıda olub.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı”kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 balqiymətləndirib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.