AZ

AKP-linin İmamoğlunun xanımı ilə bağlı paylaşımı sərt qarşılandı

AKP-li Mücahit Birinci sosial media platforması X-də etdiyi paylaşıma görə ictimaiyyətin sərt reaksiyası ilə üzləşib.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi davam edərkən M.Birincinin Dilek İmamoğlu ilə bağlı açıqlamaları siyasi gündəmin ən çox danışılan mövzularından birinə çevrilib.

M.Birincinin açıqlaması böyük əks-səda doğurub: “Dünyanın ən xoşbəxt kişisi Özgür Özəldir... Qadını Əkrəmin dəyərli həyat yoldaşı Xanımdır... Sözlərimə qulaq asın”.

Reaksiyalardan sonra paylaşımını silən Mücahit Birinci üzrxahlıq mesajı yayıb. O, X hesabından verdiyi açıqlamada bunları deyib:

"Əkrəm İmamoğlunun həyat yoldaşının xoşbəxt olduğunu bildirərək paylaşdığım X-i uyğun tapmadım və sildim. Bu, onun dəyərli həyat yoldaşının prezidentliyə namizədliyi ilə bağlı yanaşma idi. Səhv etdim. Bu, qarışmamalı olduğum sahədir. Səhv idi, məqsədini aşan bir yazı idi. Sizi incitmişəmsə, səmimi qəlbdən üzr istəyirəm."

Xəbər 5 dəfə oxunub.
Seçilən
49
xezernews.az

1Mənbələr