AZ

Bakı metrosunda sərnişinlərdən təhlükəli hərəkət - Video

Bakı metropoliteninin stansiyalarında 2025-ci ilin ilk 2 ayında sərnişinlər 534 dəfə eskalatorların dayanmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC məlumat yayıb.

“Sərnişinlərimizi bir daha eskalatorda olarkən daha diqqətli, məsuliyyətli və ehtiyatlı davranmağa çağırırıq. Əks halda özünüzün və digər sərnişinlərin həyatı üçün təhlükə yarada bilərsiniz”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, QSC sosial şəbəkə hesabında dayanma halları ilə bağlı real görüntülərdən hazırlanan videoçarx paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
15
5
axar.az

10Mənbələr