AZ

Lukaşenko inaqurasiyadan əvvəl odun doğradı, xokkey oynadı

Martın 25-də Minskdəki Müstəqillik Sarayında keçirilən andiçmə mərasimindən əvvəl Belarusun yenidən seçilmiş prezidenti Aleksandr Lukaşenko odun doğrayıb və xokkey oynayıb.

Publika.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat katibi Natalya Eysmont məlumat verib.

"Bildiyim odur ki, bəli, prezident bir gün əvvəl odun doğradı, bu, bizim üçün ənənəvi prosesdir. Dəqiq bilirəm ki, bir gün əvvəl prezident xokkey məşqi keçirdi. Amma bu, dövlət başçısı üçün bütün standart həyat rutinidir", - deyə o vurğulayıb.

Eysmont andiçmə mərasiminin "vacib, gözəl və təntənəli" olduğunu qeyd edib. Mərasimə mindən çox iştirakçı və qonaq dəvət olunub.

Qeyd edək ki, martın 25-də Aleksandr Lukaşenko rəsmi olaraq yeddinci dəfə respublikanın prezidenti vəzifəsinin icrasına başlayıb.

Seçilən
35
publika.az

1Mənbələr