“Liverpul”un ulduzu Trent Alexander-Arnold “Real”la müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, jurnalist Saşa Tavolerinin “Sky Switzerland”a verdiyi məlumata görə, müdafiəçinin agentləri onun Madrid klubu ilə müqaviləsinin şəxsi şərtləri ilə bağlı prinsipial razılığa gəliblər.
Trent Alexander-Arnold azad agent olduqdan sonra - iyulun 1-də qüvvəyə minəcək beş illik müqavilə imzalayıb.